​Avropa İttifaqı İsrail və Fələstini atəşkəsə çağırdı

Avropa İttifaqı İsraildə və işğal olunmuş Fələstin ərazilərində artan zorakılıqdan dərin narahatlığını ifadə edərək, tərəfləri atəşkəsə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin ofisindən yazılı açıqlama verilib. Açıqlamada deyilir ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları və İsrailə raket atışları dayandırılmalıdır. Bildirilib ki, Avropa İttifaqı Misirin dərhal atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri xüsusilə yüksək qiymətləndirir.

Qeyd edək ki, Almaniya, Fransa, Misir və İordaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsində artan zorakılığı aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı