Belçika Rusiya aktivlərindən Ukraynaya yardım kimi istifadə edəcək

Belçika Rusiyanın dondurulmuş aktivlərindən alınan 101 milyon dollar vergidən Ukraynaya kömək etmək üçün istifadə edəcək.

Metbuat.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu məbləğin yarısı zirehli texnika, silah və sursat kimi hərbi məhsulların tədarükünə sərf olunacaq.

Digər yarısı isə humanitar dəstəyə, Ukraynanın gələcək yenidən qurulmasına və Belçikanın ölkədəki diplomatik mövcudluğunun gücləndirilməsinə yönəldiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı