Azərbaycan Ordusu Ermənistana məxsus komanda-qərargah maşınını məhv etdi

Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib.

Metbuat.az bu barədə "Caliber"ə istinadən xəbər verir.

Məlumata görə, KŞM-dən kəşfiyyat və atəşə nəzarət məqsədilə istifadə edilib:

“Məhv edilmiş texnikadan Ermənistanın ordumuza qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib”.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR