Fazil Mustafanın partiyası bağlanır? - Özü açıqladı

Son günlər mətbuatda "Böyük Quruluş Partiyası"nın buraxılması ilə bağlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, partiyanın sədri deputat Fazil Mustafa bildirib ki, bu barədə məlumat yalandır:

"Bir ay öncə 7 min üzvün sənədləşməsini yeni qanunvericiliyə uyğun ötən ay tamamlamışıq. Bu peşə əxlaqından uzaq saxtakarlar mövqeyimizi də öyrənməyi lazım bilməyiblər. Məlumatı yayan sayta qarşı hüquqi işləmlərə başlayırıq. Bu cür yazılar şəxsimlə bağlı olsaydı bu dərəcədə üzərinə getməzdim. Rəhbəri olduğum siyasi partiyanın işgüzar nüfuzunu qorumaq birbaşa Nizamnamə vəzifəmizdir", - deyə o qeyd edib.

Qeyd edək ki, "Böyük Quruluş Partiyası" 2003-cü ildə təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı