“Sabah” - “Beşiktaş” oyunu başa çatdı - YENİLƏNİB

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, görüşdən əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

19:40

“Sabah” hesabı 3:3 edir. Davit Volkov 70-ci dəqiqədə fərqlənir.

“Beşiktaş” 3-cü qolu vurdu. 62-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənir.

19:20

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, hazırda hesab bərabərdir - 2:2.

18:52

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

Metbuat.az xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib.

Görüşdə ilk hissə başa çatıb.

18:09

"Sabah" və "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda Azərbaycan təmsilçisi iki dəfə fərqlənib.

Metbuat.az xəbər verir ki, Aleksey Kaşuk 3 və 5-ci dəqiqələrdə "Beşiktaş"ın qapısından top keçirib.

18:01

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyununa start verildi.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Matçı FIFA referisi Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR