“Turan Tovuz” səfərdə “Qəbələ”yə qalib gəlib - Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, “Qəbələ” klubu “Turan Tovuz”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qəbələ”nin heyətində Rafael Utziq, rəqib komandadan isə Sadiq Quliyev və Xulu Siyanda fərqləniblər.

Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz təmsilçisi isə 38 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə edib. “Səbail” - “Qarabağ” oyunu mayın 13-də, “Neftçi” - “Şamaxı” qarşılaşması ayın 14-də, “Sumqayıt” - “Sabah” matçı isə mayın 17-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR