Türkiyə Böyük Millət Məclisinə seçilənlər sırasında CHP-nin namizədi, “Taraf” qəzetinin yazarı Yüksel Taşkının da olması diqqət çəkib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl Yüksel Taşkın dəfələrlə çıxışlarında CHP-nin lideri Kamal Kılıçdaroğlunu tənqid etmişdi. O, Kılıçdaroğlunun həyata keçirdiyi "Kamalizm" ideologiyasını tənqid edib.
"Kamalizm"i irqçilikdir deyən siyasətçinin deputat seçilməsi bəzi müxalifətçilər tərəfindən etirazla qarşılanıb.