Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bakıda tanınmış həkim vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, Azərbaycan Tibb Universitetinin Allerqologiya və İmmunologiya kafedrasının dosenti Abdulla Fərəməzov ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Abdulla Fərəməzov 1969-1975-ci illərdə ATU-da təhsil alıb. Azərbaycan İmmunoloqlar və allerqoloqlar Cəmiyyətinin üzvü olub. Professor Allerqologiya və İmmunologiya kafedrasının müəllimi olaraq çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı