İradə İbrahimovanı görənlər tanımadı - FOTOLAR

Uzun illər Türkiyədə yaşayan müğənni İradə İbrahimova Oxu.az saytına müsahibə verib.

Metbuat.az xəbər verir ki, müğənninin uzun müddətdən sonra görülməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

İstifadəçilər qeyd edir ki, İradə İbrahimova əvvəlki illərdən fərqli olaraq daha da gözəlləşib.

Müğənni jurnalistin "Azərbaycan şou-biznesindən kənardasınız. Əvvəlki illərlə fərqləndirsək, hazırda Azərbaycan şou-biznesinin vəziyyəti, sizcə, nə yerdədir?" sualına belə cavab verib: "Deyirlər necə baxarsansa, elə də görərsən. Mən güllük, gülüstanlıq görmək istəyirəm. Sadəcə onları görürəm. Pis, zövqsüzlük hər zaman olub. Onlara baxmamağa çalışıram. Lakin hörmət edirəm. Onlar da gücləri yetdiyi qədər edə biləcəklərini edirlər. Hamı öz gücünə nə edirsə, etsin. Bu, heç də asan deyil. Müğənnilər həqiqətən də təkbaşına savaşırlar. Müəyyən yerlərə gəlmək üçün böyük əmək veririk. Mən nə çəkdiyimi özüm bilirəm. Görüntünün arxasında maddi, mənəvi nələr yatır. İki rəqs etmək, pozalar vermək deyil. Hamımız insanıq. Məsuliyyətimiz, duyğularımız var. Bizə əmək verənlərin əməyinin də yerdə qalmasını istəmirik. İşinin peşəkarı olan insan üçün dünyanın harası olursa-olsun hər bir şəxsin gördüyü iş çətindir. Ayaqda qalmaq üçün mübarizə aparır. Mən zənn etmirəm ki, rahat yol ilə buralara gəlib çıxmışam. Elə deyə biləcək şəxs də tanımıram. Varsa da, demək ki, həmin şəxs ailədə zəngin olub. Heç bir şey etmədən gəlib. Onu əmək qəbul etmirəm. Mübarizə olmasa, maraq olmaz. Bizim üçün o zaman dəyərli olur. Mübarizəyə görə, atdığımız addım, gördüyümüz işlər daha dəyərli olur. Keçmişi xatırlayırsan. Bəzən qürur da duyuruq. Öz-özümə deyirəm ki, “halal olsun mənə, nə işlər görmüşəm”. Düşünürəm ki, zamanına görə, bir adın altında mahnılar qoymuşam".

O həmçinin qeyd edib ki, işlərini bitirdikdən sonra yenidən Türkiyədə qayıdacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı