Altılı masanın seçim gecəsi foto analizi - "kral duruşu", məğlubiyyət reallığı

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli seçim gecəsi çıxış edən altılı masanın çıxışında çəkilən fotonu analiz edib.

Metbuat.az həmin analizi təqdim edir:

Mansur Yavaş – bədən dili. Mikro ifadədən ümumi görünüşə baxsaq, bədən çiyinlərə doğru qalxır, qismən tısbağa şəkli alər. Bu, çarəsizlik və qəflətən sarsılmaq anlamına gəlir. Əl hərəkəti – tərəddüdədir və mənfi yüklü duyğularla yüklənib.

Ali Babacan - gözünü qıymaq, alnı qırışdırmaq və üzü büzüşdürmək – daxil təlatümlərin nəticəsidir. Üz ifadəsi sənin sözlərinə hörmət etmirəmi ifadə edir.

Davudoğlu - əllərin sıx tutuşu – ciddi stress göstəricisidir. Görüntüsündən tipik kilim alverçisi tökülür.

Akşener – qolların arxada birləşdirilməs "kral duruşu" adlanır – mənə yaxınlaşmayın, demişdim, sizinlə deyiləm, məğlub mən deyiləm anlayışlarını ehtiva edir.

Karamalloğlu – çiyinlərin qulaqlara tərəf çıxışı – məğlub atlet şəkli adlanır. Bu ağasaqqal başqalarından daha çox məğlubiyyət reallığını qəbul edib.

Uysal - Tənbeh edilmiş uşaq diaqnozu. Uğursuz damad görünüşü daşıyır.

Kılıçardoğlu – bu duruş forması – özünəinamıszlığın ifadəsidir. Yorğunluğun, bitklinliyin, təkliyin, tərkedilmişliyin ifadəsidir.

İmamoğlu – ayaq duruşu – “gedirəm”, nəsə edəcəyəm, məğlubiyyətə ortaq deyiləm deməkdir. Üzündəki ifadə natiqə qarşı ələ salma baxışıdır. İştirakçılar arasında bədən formasını ona doğru dönən iki nəfər var: Uysal və Yavaş, hər ikisi o sistemdə ən zəif bənddirlər.

Bir 10 nəfər, xəbər otağı və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı