Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi - FOTO

Xəbər verdiyimiz ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

Metbuat.az Nuhçıvan İnformasiya Agentliyinə istiadən xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.

Qeyd edək ki, 1995 - 2022-ci illərdə Ali Məclisin sədri Vasif Talıbov olub.

SON DƏQİQƏ: Anar İbrahimov Ali Məclis sədrinin müavini seçildi - YENİLƏNİR  - Naxçıvan TV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR