Türkiyənin tanınmış siyasi yazarı: Kılıçdaroğlunun seçilə biləcəyini kim düşünüb?

“Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğanın seçkidə böyük səs çoxluğuna malik olması sürpriz sayılmamalıdır. Ərdoğan ölkədə ağır iqtisadi vəziyyətə, qaçqın probleminin kəskinləşməsinə baxmayaraq sonuncu dəfə yenidən Prezident seçiləcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin tanınmış siyasi yazarı, analitiki Alihan Limoncuoğlu deyib. Seçkidə ən böyük uduzanın Kamal Kılıçdaroğlu olduğunu ifadə edən siyasi yazar hesab edir ki, Kılıçdaroğlunun Türkiyəni idarə edəcəyinə inananların düşüncəsini sorğulamaq lazımdır.

Alihan Limoncuoğlu

“Doğrudan kimin ağlına gəldi ki, Kılıçdaroğlu prezident seçilə bilər. Bunun əsas səbəbini mən başa düşdüyüm halda nə üçün ölkədəki bu qədər savadlı adamlar, alimlər, müəllimlər bunu dərk edə bilmədi. Görünür, bu cəmiyyətdə mövcud olan ziyalıların beyin quruluşu ilə əlaqədardır. Sinan Oğan və İncəyə səs verənlərin hamısı təqribən 3 milyon seçici səhər təbəssümlə oyanaraq “bu oyunu mən pozdum” deyə seviniblər. Seçkilərin digər qalibləri isə kiçik sağçı partiyalardır. YRP çox yaxşı səs topladı və Siyasal İslamın əsas aktyoru oldu. Cəmi 1,5% səslə Deva, Gələcək və DP çoxlu sayda deputata malik oldu. Bu üç partiyanın gələcəyi qısa müddətdə o qədər də parlaq görünməsə də, hazırda uğurludur. Türkiyədə solçular 2018-ci il ümumi seçkilərində uğursuzluğa məhkum oldular. Onlar bu dəfə ki seçkidə yenidən ayağa qalxmağa çalışsalar da, nəticəsiz oldu”.

1938-ci ildən bəri bütün mərkəzçi partiyalar və hakimiyyətə gələn az qala hər kəs tərəfindən boğulmağa çalışılan türk millətçi ruhunun bu seçimlərdə bütün əzəməti ilə baş qaldırdığını ifadə edərək xüsusilə vurğuladı ki, kökləri qədim savaşçı, mübarizə türk ruhundan qidalanan bu birliyi heç kim yox edə bilməz.

“İdeologiyaların bitdiyi bir dövrdə Türkiyədə ayaqda duran sonuncu ideologiyanın üzvü olmaq gözəldir. Qeyd edim ki, bütün təlatümlərə baxmayaraq, İYİ Partiya öz səsini qoruyub və deputat sayında CHP-yə qarşı əlini gücləndirib. Zafer Partiyası, müstəqil bir hərəkat olaraq, yaxşı strategiya nəticəsindəMəclisə deputatını çıxara biləcək.BBP isə seçkiyə bir həftə qalmış bütün ehtimallara baxmayaraq Sinan Oğana 5 faizdən çox dəstək verdi. Ümid edirəm ki, artıq birlik olub yeni üfüqlərə doğru hərəkət edərək Türkiyəni və bu milləti layiq olduğu yerə aparmağın zamanı gəlib çatmışdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı