Amerikada "Uçan Pələnglər" dron komandasının uğuru - FOTOLAR

ABŞ-nin Texas ştatındakı “Harmony School of Innovation - Euless” məktəbinin azərbaycanlı direktoru və oğlu "Uçan Pələnglər" dron komandası ilə uğur qazanıblar.

Metbuat.az xəbər verir ki, Amerikanın Ketterinq Universitetinin ev sahibliyi ilə Miçiqan ştatının Flint şəhərində keçirilən “Hava dronları müsabiqəsi” adlı çempionatda məktəbin 4 və 5-ci sinif uşaqlarından ibarət dron komandası özlərindən yaşca böyük olan uşaqlara qarşı inamla yarışıblar. Onlar "Judges Award"da ilk onluğa düşüb və “Münsiflər özəl” mükafatını qazanıblar.

Qeyd edək ki, “Harmony School of Innovation - Euless” məktəbinin direktoru Rasim Dəmirov, həmin məktəbə aid "Uçan Pələnglər" dron komandasının üzvlərindən biri isə onun oğlu Ömər Dəmirovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı