"Real Madrid"dən 100 milyonluq transfer - FOTO

“Real Madrid” “Borrusiya Dortmund”un futbolçusu Cud Bellingemi transfer etmək üçün rəsmi təklif göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat verib. Bildirilir ki, “Real Madrid” futbolçu üçün 100 milyon avro və bonuslar təklif edib. “Borrusiya Dortmund”un 120 milyon avro tələb etdiyi irəli sürülür. Qeyd edək ki, “Real Madrid” futbolçunun özü ilə şərtləri razılaşdırıb. Cud Bellingem “Borrusiya Dortmund” müqaviləni artırmaq barədə təklifini rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR