Fransa Senatı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı

Fransa Senatı (parlamentin yuxarı palatası) 1932-1933-cü illər Qolodomorunun ukraynalıların soyqırımı kimi tanınmasını dəstəkləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

“Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram”, - Kuleba bildirib.

Xarici işlər naziri qeyd edib ki, belə cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı