Okeanda 8 ballıq zəlzələ: Çox sayda ölkədə sunami xəbərdarlığı edildi

Sakit okeanında yerləşən Yeni Kaledoniya yaxınlığında baş verən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Metbuat.az xəbər verir ki, rəsmilər Yeni Kaledoniya yaxınlığında baş verən zəlzələnin episentrinin 38 km dərinlikdə olduğunu bildirib. ABŞ-ın sunami xəbərdarlığı sistemi Vanuatuda dalğanın hündürlüyünün 1 metrə, Fici, Yeni Kaledoniya və Kiribatidə isə 0,3 metrə çata biləcəyi barədə xəbərdarlıq edib. Papua-Yeni Qvineya, Quam və digər Sakit okean adalarında dalğaların daha kiçik ola biləcəyi bildirilib. Yeni Zelandiyanın Mülki Müdafiə Xidməti ölkənin sahilyanı ərazilərində gözlənilməz dalğalanmalar ehtimalı barədə xəbərdarlıq edib.

Yeni Cənubi Uels Dövlət Fövqəladə Xidməti Avstraliyanın Lord Hou adası sahillərində dalğalar və güclü okean axınlarının ola biləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı