Bayden konstitusiya vəzifəsini açıq şəkildə pozur - Respublikaçı senator

ABŞ-da Nümayəndələr Palatasınınn respublikaçı üzvü Marjorie Taylor-Qrin Prezident Co Baydeni vəzifəsindən uzaqlaşdırmaq üçün lazımi addımları atmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, senator iddia edib ki, Co Bayden ölkənin sərhəd təhlükəsizliyini və dolayısı ilə milli təhlükəsizliyini təmin etmir. Qrin məsələ ilə bağlı əsaslarını parlamentə təqdim etməyə hazırlaşdığını açıqlayıb. O, Baydeni qanunun tələblərinə qəsdən əməl etməməkdə günahlandırıb. Senator qeyd edib ki, Baydenin konstitusiya vəzifəsini açıq şəkildə pozması milli təhlükəsizliyə birbaşa təhdiddir.

Qeyd edək ki, Marjorie Taylor-Qrin ABŞ-ın keçmiş prezidenti Donald Trampa yaxınlığı ilə tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı