İrəvanda polislə əsgər valideynləri arasında toqquşma olub - VİDEO

Ermənistan paytaxtının Şenqavit məhkəməsində etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma olub.

Metbuat.az Erməni KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müharibədə öldürülmüş əsgərlərdən birinin qohumunu saxlamağa cəhd ediblər. Nəticədə polislərə müqavimət göstərən kişi yerə yıxılıb. Polis hadisəyə reaksiya verən kütləyə bəyan edib ki, həmin kişidə bıçaq olub.

Qeyd edək ki, bu gün İkinci Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərin yaxınları məhkəmə binasının ətrafına toplaşıblar.

Məhkəmədə isə ölən hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın vəkillərinin şikayətinə baxılıb. O, mayın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı