Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar oldular

UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Metbuat.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, AL-də bu ada İspaniya "Sevilya"sından Erik Lamela layiq görülüb. Argentinalı yarımmüdafiəçi evdə İtaliya "Yuventus"unu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə qələbə topunun müəllifi olub.

KL-də isə həftənin oyunçusu İtaliya "Fiorentina"sından Nikolas Qonsales seçilib. Argentina millisinin hücumçusu İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı