Keçmiş məhkumlar yenidən həbs olundu

Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Keçirilən baxış zamanı həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan çox marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla B.Ələkbərov və R.Məmmədovun İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı