Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırıq - Paşinyan

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib: "Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir. Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı