Ərdoğan dəstək qarşılığında Sinan Oğana nə vəd edib? - Özü açıqladı / VİDEO

Sinan Oğana dəstək qarşılığında heç nə vəd edilməyib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O TRT-yə müsahibəsindən bildirib ki, Sinan Oğanla qətiyyən heç bir bazarlıq olmayıb. Sinan Oğana təşəkkür edən Ərdoğan, bir çox məsələdə tərəflərin mövqelərinin üst-üstə düşdüyünü ifadə edib.

“Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr məsələsi əsas olmaqla, vətənimizin suverenliyi ilə bağlı mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik” - Ərdoğan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR