Estetik gülüşün memarları Bakıda mətbuat konfransında - FOTOLAR

Sağlıq turizmi sahəsində Türkiyənin ən yaxşılarından olan Dent 360 International stomatoloji klinika olaraq, həm terapevtik, həm də estetik xidmətlər təklif edir.

Dünya standartlarının tələblərinə cavab verən klinikada stomatoloji müayinə və diaqnoz müasir vasitələrlə həyata keçirilir. Daha sonra peşəkar dentislər fərdi tələblərə uyğun olaraq individual xidmətlər göstərirlər.

Klinika İstanbul Universitetinin stomatologiya fakültəsinin məzunu olan 4 mütəxəssis tərəfindən təsis edilib. İlker Topcu, Ümit Tok, Hüseyin Aşcı və Emrah Aydoğdu estetik stomatologiya sahəsində Türkiyənin peşəkar həkimlərdir və 20 ildən artıqdır bu sahədə fəaliyyət göstərirlər. İmplant dəstəkli protezlərlə işləyən dentislərin fəaliyyətində smile dizayn, laminat, sirkonium, keramik örtüklər önəmli yer tutur.

“Dent 360 International” in təsisçilərindən olan İlker Topcu qısa zaman öncə Bakıda mətbuat konfransına qatıldı. Konfransda o, bir stomotoloji klinika olaraq, sağlıq turizmi ilə məşğul olduqlarını, gələcəkdə xarici filiallarını açmaq niyyətində olduqlarını bildirdi.

Dünyanın müxtəlif yerlərindən edilən müraciətlər ölkəyə turist axınına səbəb olur. Bu baxımdan “Dent 360 International” Türkiyənin sağlamlıq turizmi imkanlarının tanıdılması istiqamətində önəmli rol oynayır.

“Dent 360 International” insan simasında gözəllik nidası olan gülüş estetikləri ilə bir Türkiyə lideridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR