Ümit Özdağ ikinci turda bu namizədi dəstəkləyəcək

Türkiyənin “Zəfər” partiyasının lideri Ümit Özdağ prezident seçkilərinin ikinci turunda müxlaifətin namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ümit Özdağ Kamal Kılıçdaroğlu ilə birgə mətbuat konfransında belə deyib. "Kamal bəylə görüşdük, dedi ki, qaçqınlar geri qayıtsın. Onunla konsensusa gəldik. “Zəfər” partiyası olaraq ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcəyik" - Ümit Özdağ deyib.

Qeyd edək ki, “ATA” ittifaqında yer alan “Zəfər” partiyası ittifaqın dağılmasından sonra sərbəst qərar verib. “ATA” ittifaqının namizədi Sinan Oğan isə Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı