15 yaşına çatmayan uşaqlar sosial mediaya sərbəst girə bilməyəcək - Qərar

Fransada yaşı 15-dən az olan istifadəçilər sosial media platformalarından valideynlərinin razılığı ilə istifadə edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa senatı qanun layihəsi qəbul edib. Məlumata görə, qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir. Bildirilir ki, platformalar yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün xüsusi sistem tətbiq edəcək. Qaydaları tətbiq etməyən platformalar cərimələnə bilər.

Həmçinin qanun layihəsi sosial media platformalarından sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc etməsini tələb edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı