Azərbaycanda lotereya və idman mərc oyunları nağdsız dövriyyəyə cəlb edilə bilər

Azərbaycanda lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələ ötən gün qurumun “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşündə müzakirə edilib.

Görüş rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekosistemin əhatə dairəsinin genişləndirilməsi və effektiv tarif siyasətinin tətbiqi mövzusunda keçirilib. Görüşdə fintexlərlə əməkdaşlıq istiqamətləri, qanunsuz lotereya oyunlarına qarşı birgə mübarizənin davam etdirilməsi, lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi və Ani Ödənişlər Sistemi üzərindən yeni ödəniş əməliyyatlarının emalı müzakirə olunub.

Həmçinin, Banklararası Kart Mərkəzinin fəaliyyəti üzrə mövcud Kollektiv Sazişin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar, habelə bir qrup fəaliyyət növləri üzrə effektiv interçeync xidmət haqlarının tətbiq edilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı