Fantastik təklif - Pul xərcləmək üçün sərhəd tanımırlar

“Əl-Nəsr”, klubdan ayrılmaq istədiyi irəli sürülən Kriştiano Ronaldonu heyətdə saxlamaq üçün inanılmaz həmlə edib.

Metbuat.az xəbər verir ki “Əl-Nəssr” portuqaliyalı ulduzun "Real Madrid"də birlikdə çalışdığı məşqçi Zinəddin Zidana astronomik təklif edib. Məlumata görə, fransız məşqçiyə 2 il üçün 150 milyon avro təklif edilib. Lakin klub Zidandan istədiyi cavabı ala bilməyib.

Təklifi rədd edən Zidan Avropanın 5 böyük liqasından birində çalışmaq istədiyini bildirib. Qeyd edək ki, Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanındakı mühitə uyğunlaşa bilmədiyi və klubdan ayrılmaq istıdiyi irəli sürülür. Ronaldonun nümayəndələri rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR