İranın raket sınaqları təhlükəsizliyə təhdiddir - ABŞ

ABŞ İranın sınaqdan keçirdiyi yeni ballistik raketin regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli təhdid olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mett Millet açıqlama verib. O bildirib ki, ABŞ İranın ballistik raket proqramının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif vasitələrindən istifadə edir.

"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın raket proqramı fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnamənin müddəalarına zidd olaraq xarici təchizatçılardan müxtəlif raket texnologiyaları almağa və ballistik raket sınaqları keçirməyə davam edir. Buna görə də biz İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qətiyyətliyik” - Dövlət Departamentinin sözçüsü Mett Millet deyib.

Qeyd edək ki, İran 2 min kilometr mənzili olan yeni raketini təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı