B kateqoriyalı sürücülər tank sürə bilər - Qəribə qərar

Estoniya Müdafiə Nazirliyi hazırladığı qanun layihəsində B lisenziyası olan bütün vətəndaşların tank və zirehli texnikadan istifadə etməsinə icazə verilməsi tələb edilib.

Metbuat.az xəbər verir ki, sənəddə deyilir ki, zirehli texnikaların sürəti saatda 50 kilometr olduğuna görə, qəza riski azdır. Buna görə, onlar zirehli texnikaları idarə edə bilərlər. Məlumata görə, hazırda Estoniyada tank və zirehli texnikaları sürmək üçün C, D və ya T sinifli vəsiqəyə malik olmaq lazımdır. Müdafiə Nazirliyinin layihəsinin qanuna çevriləcəyi təqdirdə tank sürmək üçün B sinif vəsiqəsi olan vətəndaşlar qısamüddətli təlim keçəcəklər.

Qeyd edək ki, məsələnin 294 kilometr sərhədi olan Estoniya və Rusiya arasında münasibətlərin gərginləşməsindən sonra gündəmə gəlməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı