İnsan övladına hər yeni gün yeni başlanğıclara imza atmaq üçün şans kimi verilir. Bəziləri gününü öncədən təyin edə bilmək üçün ulduzlara müraciət edir.
Metbuat.az həftə sonuna olan ulduz falını təqdim edir:
Qoç
21 mart - 19 aprelBu gün şüuraltınızın dərinliklərində real olmayan ümidlərinizi həyata keçirəcək qədər güclü bir qüvvə oyana bilər. Əgər ondan dinc məqsədlər üçün istifadə etməyi bacarsanız şans sizinlə olacaq.
Buğa
20 aprel - 20 may
Bu gün faydalı bir şey etməkdənsə zövqlü bir şey edin. Həm faydalı, həm maraqlı olanı birləşdirmək vaxt itkisidir.
Əkizlər
21 may - 20 iyun
Bu gün unudulmuş bir şeyi yenidən kəşf edəcəksiniz. Ola bilsin ki, bu, illər əvvəl itirdiyiniz növ şey olacaq, bəlkə də içinizdə çoxdan solmuş bir hiss oyana bilər.
Xərçəng
21 iyun - 22 iyulBu gün siz o qədər emosional ola bilərsiniz ki, sizə yaxın olmaq zəlzələnin episentrində olmağa bərabər olacaq. Ehtiyatlı olun, insanları incidə bilərsiniz.
Şir
23 iyul - 22 avqust
Bu gün yöndəmsiz vəziyyətə düşmək ehtimalı yüksəkdir.
Qız bürcü
23 avqust - 22 sentyabr
Yapışdığınız budaq qırılırsa ağac boyunca daha da qalxmayın. Nəinki məqsədinizə çata bilməyəcəksiniz, həm də özünüzə zərər verəcəksiniz.
Tərəzilər
23 sentyabr - 22 oktyabr
Bu gün fiziki fəaliyyət sizin üçün çox faydalı olacaq. Bu cür fəaliyyət ruhunuzdakı enerjini azaldacaq və bununla da hansısa səfeh hərəkətlər etmək ehtimalı aradan qalxacaq.
Əqrəb
23 oktyabr - 21 noyabr
Sizlər üçün axtardığınız bir şeyi tapmaq xüsusi zövqə çevriləcək. Ancaq bu, onların hamısının uğurlu olacağı anlamına gəlmir.
Oxatan
22 noyabr - 21 dekabr
Sizin gününüz planlaşdırdığınız kimi keçəcək,amma əlavə hansısa yeni məqsədlər üçün uğurlu gün deyil.
Oğlaq
22 dekabr - 20 yanvar
Gününüz şübhələrlə başlasa da, buna çox da əhəmiyyət verməyin. Əlinizdə tutub sıxdığınız problemləri unutmaq vaxtı gəlib çatır.
Dolça
21 yanvar - 18 fevral
Özündən çox əmin olsanız da, bəzən kimlərinsə köməyini qəbul edə bilərsiniz. Siz təsəvvür etməyə cəsarət etdiyinizdən də çox şeyə nail ola bilərsiniz.
Balıq
19 fevral - 20 mart
Əgər bir şeyi sizə deyildiyi kimi deyil, uyğun gördüyünüz kimi etmək istəyirsinizsə, bir az inad etməlisiniz. Ağıl vermək faydasızdır. Sadəcə qulaq asmaq lazımdır.