Narkoloji Mərkəzdə rüşvət alınması ilə bağlı məsələ araşdırılır - Nazirlik

Bakı Narkoloji Mərkəzindən müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq.

Həmçinin oxuyun: Bakıdakı Narkoloji Mərkəzdə açıq bazar: Rüşvət görüntüləri yayıldı - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı