Azərbaycan çempionatının bombardiri o oldu

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün bombardiri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Ramil Şeydayev bu ada sahib çıxıb.

27 yaşlı hücumçu 22 qolla mövsümün ən məhsuldar oyunçusu olmağı bacarıb. Son turda “Turan Tovuz”la görüşdə fərqlənən Ağdam klubunun digər forvardı Musa Qurbanlı 21 qolla cədvəldə ikinci olub.

“Sabah”ın ön xətt oyunçusu Coy Lens Mikels və “Neftçi”nin kapitanı Emin Mahmudov mövsümü hərəyə 17 qolla başa vurublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı