Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.
Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.
Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.
Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.