Yaponiya ilə Şimali Koreya arasında gərginlik

Yaponiya hökuməti Şimali Koreya hakimiyyətinə kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Onun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırıb: “Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı böyük təxribat olacaq”.

Yaponiya Müdafiə Nazirliyi isə bildirib ki, Şimali Koreyanın ballistik raketinin və ya onun fraqmentlərinin Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokionun onların məhv edilməsinə yönəlmiş bütün lazımi tədbirləri görəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR