Dünya liderlərindən Prezidentə məktublar

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram".

***

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək".

***

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR