BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.
Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".