Lionel Messi PSJ klubu ilə müqaviləsini uzatmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə PSJ klubunun baş məşqçisi Kristof Qaltye açıqlama verib. O bildirib ki, Messi mövsümün sonunda klubdan ayrılacaq.
Qeyd edək ki, mediada Lionel Messinin “Barselona”ya qayıtmaq qərarına gəldiyi barədə xəbərlər dərc edilib. Lionel Messiyə həmçinin Səudiyyə Ərəbistanı klubundan da təklif göndərilib.