BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Metbuat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, telefon söhbəti zamanı Quterreş Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Quterreş seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını dilə gətirib.
Məlumata görə, telefon söhbəti zamanı regional məsələlər də müzakirə edilib.