CHP idarə heyətinin üzvləri istefa verdi

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə heyətinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, iclas 4.5 saat davam edib.

İclasda prezident seçkilərinin nəticələri dəyərləndirilib, eyni zamanda CHP-nin yol xəritəsi müzakirə edilib.

İclasdan sonra idarə heyətinin üzvlərinin hamısı istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı