İqtidarın ən böyük dəstəkçisi olan Baxçalı bu vəzifəyə gəldi

MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin “ən yaşlı üzvü” kimi sədr vəzifəsinə gəlib.

Metbuat.az xəbər verir ki, Baxçalı bu vəzifədə Mustafa Şentopu əvəz edib. Məlumata görə, Mustafa Şentop MHP liderini qəbul edib. Tədbirdə Şentop, "Çox böyük çətinliklər yaşadıq. Onu da deyim ki, Türkiyə Böyük Millət Məclisi zəlzələ zamanı böyük səylə çalışıb. Bütün deputatlarımıza və həmkarlarımıza təşəkkür edirəm” deyə bildirib.

Vəzifəni üzərinə götürən Baxçalı isə "Bu vəzifəyə gəlməkdən qürur duyuram. Millətimiz üçün faydalı olacaq" deyə qeyd edib.

Çıxışlardan sonra Şentop möhürü Baxçalıya verib.

Qeyd edək ki, Böyük Millət Məclisinin “ən yaşlı üzvü” kimi sədrliyə gəlmək müvəqqətidir. Bir müddətdən sonra sədr postuna təyinat olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı