Dünya liderlərindən İlham Əliyevə məktub - YENİLƏNİB

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Dost Azərbaycan xalqının Sizin atanız və sələfiniz, ölkənizin tarixinə ən böyük töhfə vermiş Prezident Heydər Əliyevin 100 illiyini qeyd etdiyi günlərdə zati-alinizə ehtiramımı, səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.

Cibuti xalqı və hökuməti Azərbaycan xalqına öz rəğbətini və dostluq hisslərini ifadə etməklə mənim təbriklərimə qoşulur. Qədirbilən Azərbaycan xalqı haqlı olaraq dəyişikliklərin müəllifi olmuş və ölkənizi sabitlik, dayanıqlı inkişaf yolu ilə irəliyə aparmış ümummilli liderinin xatirəsini daim əziz tutur. O, uzaqgörən və xarizmatik lider olaraq ölkənin təbii sərvətlərindən, ilk növbədə, enerji ehtiyatlarından səmərəli istifadə ilə rəşadət nümayiş etdirib.

Heydər Əliyev siyasi praqmatizmin dəyişməz istiqamətvericisi və mövcud reallıqlara söykənən islahatların həyata keçirilməsində etalon kimi xalqın yaddaşında həmişəlik qalacaqdır.

Sizi və dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Zati-aliləri, cənab Prezident, ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.


16:01

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı