Qarşıdakı 3 gündə bu bürcləri yeni tanışlıqlar gözləyir

Məşhur astroloq Dinçer Güner sosial mediadakı hesabında qarşıdakı 3 gün ərzində sevgi axtarıb, yaradıcılıqda inkişaf etmək istəyən bürclər üçün paylaşım edib.

Metbuat.az astroloqun “Romantik münasibətlərə salam” başlıqlı proqnozunu təqdim edir:

İyun ayının beşinə qədərbürclərin həyatı romantik və sevgi dolu olacaq. Bu müddətdə tənhalar həqiqətən sevə və sevilə bildiklərini anlayacaqlar. Başqalarına kömək etmək və xeyriyyəçiliklə məşğul olmaq üçün də çox münasib zamandır. Həssas və bədii ruhunuzu üzə çıxarmaq üçün yaradıcılıq qabiliyyətlərinizdən asanlıqla istifadə edə bilərsiniz. Sərgilərə, konsertlərə gedə və özünüzü başqa bir dünyada hiss etmək istəyəcəksiniz. Münasibətlərdə barışmaq, bağışlamaq və bunun əvəzini çıxmaq üçün əla zamandır.

Bu üç gün ərzində Venera Xərçəng bürcündə, Neptun isə Balıqlarda olacaq. Yaxşı olardı ki, küsülü olduğunuz ev sakinləri ilə barışıb, istirahət edəsiniz.

Ən pis halda, münasibətiniz hətta namizədiniz yoxdursa, gözəl münasibət xəyal edə bilərsiniz. Axı bəzilərimiz ancaq xəyal edə bilərlər...

AİDƏ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı