500 manata yaxın təqaüd alıram, yaxınlarımın 150 min mənə borcu var - Əməkdar artist

Əməkdar artist Yusif Mustafayev ona borcu olan şəxslərdən canlı efirdə gileylənib.

Metbuat.az xəbər verir ki, bu barədə sənətçi "Ay Zaur" verilişində danışıb. O qeyd edib ki, dostlarının ona 150 min manatdan çox borcu var: "Mənə borcu olanlar! Pulu qaytarın, yoxsa adınızı efirdə çəkəcəyəm, biabr olacaqsınız. 2010-cu ildə yaxın dostum övladının toyu üçün 2 min manat pul istədi. Verməsəydim pis olacaqdım, əl tutdum. İndi ala bilmirəm. Bir nəfərə də 60 min vermişdim, cəmi 2100 manat qaytarıb. Əliaçığam, amma bilirəm harada. İllərdir qaytarmırlar. İstəyə də bilmirəm. 150 min mənə borcları var. Halal eləmirəm".

O bildirib ki, əsas qazancı müğənnilikdir: "150 manat əməkdar artist maaaşı alıram, 350 manat da təqaüd".

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı