Tanınmış aparıcı saat 11-ə işarə edib paylaşdı: "Bədbəxt oldum" - FOTO

Tanınmış jurnalist, "Xəzər Tv"nin aparıcısı Ceyhun Rzayev özünün "Facebook" hesabında paylaşım edərək, bu gün intihar edəcəyini yazıb.

Metbuat.az bildirir ki, jurnalist qeyd edib:

"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin.

Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər".

Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Rzayev müraciət yaymışdı. O, valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı