Aysun son hadisələrdən danışdı: "Aramızdakı söhbət başqa idi"

Bir müddət bundan öncə ayrılan müğənni Aysun İsmayılova son günlər baş verən hadisələrdən sonra ilk dəfə danışıb.

Metbuat.az xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan Aysun İsmayılova bildirib ki, onların evlilikləri ortaya atılan iddialar kimi deyil:

"Deyirlər ki, qurma evlilikdir. Biz doğurdan da ailə idik. Mənim elə bir şeyə ehtiyacım yoxdur. Bizim aramızdakı söhbət tamam başqa idi. Məni qınayanlara demək istəyirəm ki, yaşadığımı yaşasınlar. Onda anlayarlar məni".

Aparıcı Zaur Aysuna sabiq həyat yoldaşının onu döyməsi ilə bağlı sual ünvanlayıb. O isə bu suallara cavab vermək istəmədiyini qeyd edib.

Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərar alıb. Mayın 26-da Aysunun keçmiş əri Eşqin Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olmuşdu və o, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azad olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı