Bu ölkə 4 günlük iş rejimini sınaqdan keçirir

Portuqaliya bu aydan 100-ə qədər şirkətdə dördgünlük iş həftəsinə keçmək üçün pilot layihənin tətbiqinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo məlumat verib.

O bildirib ki, iyunun 5-dən qüvvəyə minmiş sərəncama əsasən, işəgötürənlər və könüllü iştirak etmək istəyən işçilər üçün əməkhaqqına təsir etmədən həftəlik iş günlərinin sayının dördə endirilməsi təcrübəsi tətbiq olunur.

Qeyd edək ki, COVİD-19 epidemiyasından sonra – 2022-ci ilin noyabr ayında Avropada gündəmə gələn dördgünlük iş həftəsi təcrübəsini ilk sınaqdan keçirən ölkə Belçika olub. İsveç və Finlandiya kimi bəzi Şimali Avropa ölkələrində də bu cür proqramlar tətbiq olunur, İspaniya isə 2023-cü ilin əvvəlində 41 sənaye şirkətində dördgünlük iş həftəsinə keçidin sınaqlarına başlayıb. İspaniyada hökumət şirkətləri dördgünlük iş həftəsi rejiminə təşviq etmək üçün onlara 200.000 avroya qədər yardım ayırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı