Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli oldu - FOTO

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub.

Metbuat.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları 28 avqust – 8 sentyabrda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR