Azyaşlının zorakılığa məruz qalması ilə bağlı bir nəfər həbs edildi

Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı