Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət etdi

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir ki, “Bir millət, İki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.

Milli Məclisin sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub.

Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı