Keçmiş qayınatasına xəsarət yetirən şəxs saxlanıldı

Biləsuvarda 57 yaşlı kişi xəsarət alıb, keçmiş kürəkəni saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i saat 16 radələrində rayonun Nəsimi kəndində həmin kənd sakini, 1966-ci il təvəllüdlü Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı